Azərbaycan tarixi kəndə nəzarəti bərpa edir – Vardanyanbackend

Azərbaycan tarixi kəndə nəzarəti bərpa edir – Vardanyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın tarixi Əskipara kəndi Bakının yurisdiksiyasına qayıdır.

Editor.az Axar.az-a istinadən xəbər verir ki, bunu “Mülki müqavilə” fraksiyasından olan erməni deputat Tsovinar Vardanyan deyib.

“Azərbaycan və Ermənistan liderlərinin dünən Moskvada Rusiyanın vasitəçiliyi ilə konkret olaraq nə barədə razılığa gəldiklərini bilmirəm, lakin Noyanberyan rayonunun Vaskepar kəndində (Əskipara) yaşayan ermənilərə bu ərazinin Azərbaycan Respublikasının yurisdiksiyasına keçəcəyi bildirilib”, – deputat bildirib.

Qeyd edək ki, Qazax rayonunun 7 kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Rayonun işğal olunan kəndləri bunlardır: Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli.