Azərbaycan təndiri və çörək bişirmə sənəti YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilibbackend

Azərbaycan təndiri və çörək bişirmə sənəti YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın təndir və çörək bişirmə sənəti YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

“Azərbaycan xalqının zəngin mədəniyyətini və adət-ənənələrini əks etdirən “Azərbaycanda təndir və çörək bişirmək sənəti” nominasiyası Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına uğurla daxil edilib”.

Editor.az xəbər verir ki, bu barədə YUNESKO üzrə Azərbaycan Milli Komissiyası məlumat yayıb. Belə ki, bu gün Paraqvayın Asunsion şəhərində keçirilən YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyası zamanı təndir UNESCO-nun siyahısına daxil edilib.

Xatırladaq ki, YUNESKO-nun qeyri-maddi mədəni irs siyahılarına hazırda Azərbaycan mədəniyyətinin 24 elementi daxildir.

//Samir Qurbanov, Editor.az