“Azərbaycan tərəfi COP29-da Çərçivə sazişinin Bakıda bağlanmasında maraqlıdır”- ŞƏRHbackend

“Azərbaycan tərəfi COP29-da Çərçivə sazişinin Bakıda bağlanmasında maraqlıdır”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan COP29 konfransında iştirak etmək üçün Ermənistana dəvət göndərib. Ermənistan Xarici işlər nazirliyinə ünvanlanan məktuba müsbət cavab veriləcəyi mümkündür. Ermənistan məhz Azərbaycanda bu tədbirin keçirilməsi üçün namizədliyini geri götürüb. Ermənistan tərəfindən bu konfransda iştirak üçün xarici işlər naziri Ararat Mirzoyan Bakıya gələ bilər.

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan tərəfi COP29 -da Çərçivə sazişinin Bakıda bağlanmasında maraqlıdır:

“COP29 beynəlxalq tədbirdir. Azərbaycanın belə bir tədbirə Ermənistana dəvət etməsi təqdirəlayiq bir addımdır. İrəvan tərəfindən dəvətə müsbət cavab gələcək. Azərbaycanla Ermənistan arasında artıq münaqişə yoxdur, tərəflər arasında sülh danışıqları gedir. Ermənistan tərəfindən nümayəndə heyətinin COP29 tədbiri üçün Azərbaycana gəlməsi sülhə töhvə verə bilər. Rəsmi Bakı öz üzərinə düşən öhdəliyi uğurla həyata keçirir. İrəvandan da bu addımlara müsbət cavab gələrsə, ikitərəfli əlaqələrdə yeni etimad mühitinin formalaşmasının şahidi ola bilərik. COP29 tədbiri çərçivəsində Ermənistan tərəfindən Bakıya gələcək nümayəndə heyətinin təhlükəsizliyinə zəmanət veriləcək. Hesab edirəm ki, digər ölkələr də Ermənistanı bu tədbirdə iştiraka sövq edəcəklər”.

//Gülnarə Abasova, Editor.az