“Azərbaycan tərəfi hər zamankı kimi öz prinsiplərinə uyğun addımlar atdı”-Arzu Nağıyevbackend

“Azərbaycan tərəfi hər zamankı kimi öz prinsiplərinə uyğun addımlar atdı”-Arzu Nağıyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərində keçirilən 3 tərəfli görüş başa çatıb.

Bu görüşdə də Ermənistan yenə də istəyinə nail ola bilmədi. Azərbaycanın işğaldan azad olunmuş əraziləndə  müvəqqəti (5 il müddətində) yerləşdirilən rus sülhməramlılarının mandatının 10-20 il uzadılması, “status” məsələsi və digər vacib məqamlar müzakirə mövuzusu belə olmadı. Görüşün sonunda isə üçtərəfli razılığa əsasən Soçi bəyanatı qəbul edildi. Bu bəyanat Azərbaycan maraqlarına uyğundurmu?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, 31 oktyabr Soçi görüşü əvvəlcədən düşünülmüş əhəmiyyətli bir görüş idi:

“Burada Azərbaycan tərəfi öz prinsiplərinə uyğun addımlar atdı. Azərbaycan prezidenti İlham Əliyevin çıxışlarında biz bunun bir daha şahidi olduq. Soçi görüşündə Ermənistan baş naziri Nikol Paşinyan ciddi cəhdlə 12-13 sentyabr hadisələrini və digər bu kimi məsələləri qabartmağa çalışırdı. O bu məsələlərin bəyanatda öz əksini tapmasını istəyirdi. Amma bu baş vermədi. Prezident İlham Əliyev birmənalı şəkildə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsini gündəmə gətirdi. Soçi bəyanatında Qarabağ məsələsinə yer verilməməsi, “status” mövzusunun keçməməsi Azərbaycan üçün çox əhəmiyyətli məsələdir. Praqa görüşündən sonra Rusiya çalışırdı ki, regionda öz nüfuzunu və mövcudluğunu xatırlatsın. Lakin yenə də buna tam nail ola bilmədi”.

//Safura Bənnayeva, Editor.az