“Azərbaycan tolerantlığı ilə dünyaya nümunədir”-ŞƏRHbackend

“Azərbaycan tolerantlığı ilə dünyaya nümunədir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

“Azərbaycanda tolerantlıq həyat tərzidir”.

Bu sözləri Editor.az-a dini və milli tolerantlıqla bağlı danışarkən millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, ölkəmizdə dini və milli zəmnində qarşıdurma və fikir ayrılığı heç vaxt olmayıb:

“Ölkəmizdə yaşayan bütün insanlar tarixən dostluq və qardaşlıq içində yaşayıblar. Dini və milli mənsubiyyətinə görə heç kim təqib olunmur. Dövlətimiz ikinci dəfə müstəqilliyini qazanandan sonra ölkəmizdəki tolerantlıq hüquqi sənədlərlə rəsmiləşdirlərək möhkəmləndirilmişdir. Belə ki, 1995-cı ildə qəbul olunmuş Ümummili Lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında bütün vətəndaşlara onun milli, etnik və dini mənsubiyyətindən asıllı olmayaraq eyni hüquqlar verilir. Azərbaycanda artıq Azərbaycan vətəndaşı ifadəsi işlədilir və bu ifadənin fəlsəfəsi çox böyükdür. Azərbaycan həm də tolerantlığı ilə dünyaya bir nümunədir. Çünki, dünyada ayrıseçkilik, diskriminasiya, etnik təmizlənmə siyasətinin hökm sürdüyü çoxlu ölkələr var. Hətta dünyaya demokratiyadan dərs keçmək istəyən ölkələrin özündə belə tolerantlıq yoxdur. İnsanlara onun dini mənsubiyyətinə görə münasibət göstərilir. Hətta islam dininin müqəddəs kitabları və dini ibadət yerləri təhqir olunur. O cümlədən islam dininə ibatədətə məhdudiyyətlər qoyulur. Münaqişələrə münasibətlərdə müsəlman ölkələrə ikili standartlardan yanaşılır və bir xristian həmrəyliyini nümayiş etdirirlər. Onlar üçün sanki islam dininin mənsubları ikinci dərəcəli insanlardır və onlara qarşı ədalətsizlik nümayiş etdirmək olar anlamı ilə yaşayırlar. Təəssüf ki, dünyanın tolerantlıq mənzərəsi belədir. Amma Azərbaycan dövləti hətta başqa dinlərin ölkəmizdə fəaliyyətinə dəstək göstərir. Dini ibadət yerləri dövlət dəstəyi ilə yenidən qurulur, dini icmalara yardımlar edilir. O cümlədən torpaqlarımızı 30 il işğal altında saxlayan ermənilərə qarşı da heç bir ayrıseçkilik tətbiq olunmamışdır.

Belə ki, Bakının mərkəzində erməni kilsəsi qorunub saxlanılır. O cümlədən həmin kilsədə 5 mindən çox erməni dilində dini ədəbiyyat qorunur. Hətta Ermənistanın torpaqlarımızı işğal altında saxladığı illərdə də ölkəmizdə yaşamaqda davam edən ermənilərə qarşı hər hansı bir təzyiq olmayıb. Ölkəmizdəki tolerantlıq 44 günlük Vətən müharibəsində də özünü təsdiq etmişdir. Azərbaycan adında dövləti və vətənin olduğunu onun vətəndaşı olan hər kəs tərəfindən, onun dini və milli mənsubiyyətindən asılı olmayaraq qəbul olunmuşdur. Vətən torpağının azad edilməsi məsələsi gündəmə gələndə hamı bir nəfər kimi silaha sarılaraq çiyin-çiyinə vuruşaraq işğalçıları ərazilərimizdən qovaraq Zəfərə imza atdı. Prezident İlham Əliyev Zəfər günü münasibətilə keçirilən hərbi paradda da bu məsələni xüsusilə bir daha vurğulayaraq bu qələbənin əldə olunmasında hər bir azərbaycanlının qəhrəmanlığı olduğunu demişdir. Bu gün ölkəmizdə olan hər bir şəxs onun dini və milli mənsubiyyətindən aslı olmayaraq azərbaycanlı olmağı ilə fəxr edir, qürur duyur. Prezident İlham Əliyev və Birinci vitse prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Azərbaycan xalqı birləşərək Dəmir yumruğa çevrilmişdir. Qoy dünya bizdən nümunə götürsün”.

Məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov fikirlərini bildirib:

“Bu gün Azərbaycan dünyanın ən multukultiral və tolerant ölkələrindən biridir. Azərbaycan sürətli inkişaf mərhələsinə daxil olub, ölkəmizdə bütün din və xalqların nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu mənada Azərbaycan dünya üçün nümunəvi ölkədir.

Azərbaycanda nəinki dini etiqadlar üçün şərait yaradılır, eyni zamanda dövlət dini icmalara qayğı göstərir.
Hazırda ayrı-ayrı ölkə liderləri Azərbaycana səfərləri zamanı bu müsbət halı çox yüksək qiymətləndirirlər. Çalışmalıyıq ki, bu ənənələri qoruyaraq, gələcək nəsillərə çatdıraq”.

Səbinə Hüseynli, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.