Son günlər sosial şəbəkələrdə Azərbaycan toylarının birində çəkilmiş görüntülər gündəm olub.
Editor.az lent.az-a istinadən bildirir ki, Bərdədə keçirilən toy mərasimində maraqlı hadisə yaşanıb.
Belə ki, rəqs edənlərdən biri stolu ağzı ilə qaldırıb, saha sonra rəqs edə-edə həmin stolun üzərindəki stəkanlara spirtli içki süzüb.
Qeyd edək ki, sözügedən görüntülər dünyanın məşhur sosial şəbəkə hesablarında paylaşılıb.

