Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilir: Düşmənlərə GÖZDAĞIbackend

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilir: Düşmənlərə GÖZDAĞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumata görə, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının (İranla sərhəd ərazi-red) ərazilərini əhatə edir.

Təlimlərin əhəmiyyətini Editor.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycanla Türkiyə arasında olan hərbi təlimlər mütəmadi xarakter daşıyır:

” Eyni zamanda, siyasi, iqtisadi, nəqliyyat, enerji, turizm, kənd təsərrüfatı, gənclər siyasəti, eləcə də digər sahələrdə bu gün iki dövlət arasında möhkəm münasibətlər qurulub.  Bu dostluq, qardaşlıq münasibətləri 2021-ci ilin 15 iyun tarixində işğaldan azad olunmuş Şuşa şəhərində imzalanmış “Şuşa” Bəyannaməsi ilə hərbi müttəfiqlik səviyyəsinə qalxmışdı. Hazırki təlimlər də Şuşa Bəyannaməsinin maddələrinin icrası baxımından mühüm əhəmiyyət kəsb edir. Bu təlimlər zamanı bir sıra mühüm detallar təkmilləşdirilir, xüsusilə pantonlar vasitəsilə ağır texnikanın keçirilməsi, artilleriya, aviasiyanın təlimlərə cəlb olunması prosesin aktuallığından və əhəmiyyətindən xəbər verir.  Son dövrlər İran tərəfinin Azərbaycana qarşı xoşagəlməz ritorikası müşahidə olunmaqdadır. Azərbaycanı işğal  etməklə bağlı müxtəlif informasiyalar yayılır, “Qüdsə gedən yol Bakıdan keçir” kimi təhdid dolu mesajlar narahatlıq yaradır. Məhz bu səbəbdən hərbi təlimlər həm də Azərbaycana qarşı məkrli plan quran tərəflərə qarşıdır.  Azərbaycanla Türkiyə böyük bir coğrafiyada təhlükəsizlik, sabitlik və sülhün qorunmasında birgə iştirak edir. Bu dostluq əbədi olaraq hər iki  xalqın rifaqına xidmət edəcək. Türkiyə həm də  Vətən müharibəsindən sonra yeni geosiyasi konfiqurasiyada Cənubi Qafqazda daha da möhkəmlənib”.

//Gülnarə Abasova, Editor.az