Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı gücləndirilir: “İrəvan bu barədə düşünməlidir”backend

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı gücləndirilir: “İrəvan bu barədə düşünməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Türkiyə hərbçilərinin birgə qatıldığı “Heydər Əliyev təlimi-2023” uğurla başa çatıb. Regionda baş verənlər və Ermənistanın təxribatları fonunda Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı hər zaman diqqət çəkib.

Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Editor.az-a açıqlamasında 2023-cü ildə Azərbaycan-Türkiyə hərbiçilərinin birgə iştirakı ilə xeyli təlimlərin keçiriləcəyini deyib:

“Türkiyənin Konya şəhərində Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Anadolu Qartalı – 2023” beynəlxalq təlimi keçirildi.O cümlədən “Heydər Əliyev-2023″ təlimləri də uğurla başa çatdı. Qarşıda hələ təkcə Azərbaycan-Türkiyə deyil, Azərbaycan-Türkiyə-Gürcüstan təlimləri də keçiriləcək. Azərbaycan-Ermənistan şərti sərhədində baş verənlərlə bağlı rəsmi Bakının hər hansı narahatçılığı yoxdur. Çünki Azərbaycan Ordusu vəziyyətə tam şəkildə nəzarət edir. Sadəcə qarşı tərəf ona verilən tapşırıqlar əsasında çalışır ki, danışıqlar prosesini var gücü ilə pozsun. Yəni, ayın 14-dəki Brüssel görüşünü bu təxribatlarla sabotaj edir. Düşmən təxribatları cavabsız qalmır, lazımi addımlar layiqincə atılır. Bir sözlə, qardaş ölkə ilə birgə təlimlərdə döyüş hazırlığımızı artırmağa davam edirik. Bu düşmənlərə gözdağıdır. Ancaq Ermənistan tərəfi  2020-ci ildən sonra ordusunu belə toparlaya bilmir. İrəvan bu barədə ciddi düşünməlidir. Azərbaycan Ordusu ilə üz-üzə gəlməyə gücləri varmı? Əlbəttə ki yox. Bundan narahat olmalıdırlar. Hansısa ölkələrin verdikləri qırıq-sınıq silahlara arxalanmamalıdırlar. Azərbaycan ermənilərə verilən silah-sursatı zərərsizləşdirmək üçün yeni lazımi vasitələri əldə edir və edəcək də”.

//Gülnarə Abasova, Editor.az