Azərbaycan Türkiyəyə zəlzələdə dağılan ərazilərin bir qismini yenidən inşasını təklif edibbackend

Azərbaycan Türkiyəyə zəlzələdə dağılan ərazilərin bir qismini yenidən inşasını təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Türkiyədə zəlzələdə dağılan bəzi ərazilərin tikintisini öz üzərinə götürməyi təklif edib”.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Misirə səfəri çərçivəsində keçirilən mətbuat konfransı zamanı məlumat verib.

Çavuşoğlu bildirib ki, Azərbaycan və Özbəkistan zəlzələ zonalarında bəzi ərazilərin tikintisini öz üzərilərinə götürə biləcəkləri barədə təklif irəli sürüblər. O qeyd edib ki, həmçinin Macarıstan xarici işlər və xarici ticarət naziri Peter Siyarto tərəfindəndə müəyyən ərazilərin yenidən qurulması ilə bağlı təklif təqdim edilib”.

Oxu.az