Azərbaycan U-21 millisi bu gün Şimali İrlandiya ilə qarşılaşacaqbackend

Azərbaycan U-21 millisi bu gün Şimali İrlandiya ilə qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Yığma Bakıda Şimali İrlandiyanı qəbul edəcək.

“Azərsun Arena”dakı qarşılaşma saat 18:00-da start götürəcək. Görüşün baş hakimi bolqarıstanlı Georgi Davidov olacaq.

Azərbaycan yığması bir, Şimali İrlandiya iki oyun keçirib. Komandaların heç biri hələ xal qazana bilməyib.

F qrupundakı digər matçlarda Ukrayna Lüksemburqun, Serbiya İngiltərənin qonağı olacaq.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda Serbiyaya 0:2 hesabı ilə uduzub.