Azərbaycan vacib qərar verə bilər – Türkiyə ilə məsləhətləşmə…backend

Azərbaycan vacib qərar verə bilər – Türkiyə ilə məsləhətləşmə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildiyimiz kimi, Şimali Kiprin rəhbəri Ersin Tatarın ölkəmizə səfəri gözlənilir. İki ölkə arasındakı münasibətlərin yaxşılaşdırılması, həmçinin Azərbaycanın Şimali Kiprin müstəqilliyini tanıyacağı məsələsi iddia olunur.

Siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Azərbaycan, Ukrayna və Liviya Şimali Kiprin müstəqilliyini tanıya bilər:

“Azərbaycan tərəfdən bu siyasəti müəyyənləşdirən məsələ hazırda dünyada qondarma DQR-in müstəqilliyinin tanınması ilə bağlı yürüdülən xəttdir. Əgər bu proses baş tutsa, xüsusilə Fransa və Hollandiya rəhbərliyi Avropa Birliyini buna məcbur etsə, o zaman Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıya bilər. Çünki artıq bu, zərurətə çevrilir.

Hazırda bu məsələ ilə bağlı baş verə biləcək təhlükələri müəyyənləşdirsək, ilk olaraq Dağlıq Qarabağda yerləşən və söz sahibi olan rus sülhməramlıları ağıla gəlir. Amma qəribədir ki, rusların bu məsələyə münasibəti müsbət deyil.Onlar bunun əleyhinədirlər”.

Ə.Əlibəyli əlavə edib ki, Azərbaycan bu qərarı verməzdən öncə Türkiyə ilə siyasi məsləhətləşmələr edəcək.

//Redaktor.az