“Ermənistan baş naziri Nikol Paşinyan bu gün səsləndirdiyi fikri sabah inkar edə bilər. Onun hər sözünə əhəmiyyət vermək olmaz”.
Bunu Editor.az-a politoloq Əhəd Məmmədli Ermənistan baş naziri Nikol Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Azərbaycanın guya Laçın dəhlizini blokadada saxlamasına, erməni icmasının aclıq çəkdiyini qeyd etməsinə və rəsmi Bakını üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə günahlandırmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan İran, Hindistan, Fransa tərəfindən silahlandırılır:
“Nikol Paşinyan daxili auditoriyaya hesablanmış çıxışlar edir. Azərbaycan isə bu kimi addımlara qarşı dərhal hərəkətə keçməlidir. Xankəndi və ətraf ərazilərimiz nəzarətə götürülməlidir. Həmin proses də bu ilin sonuna qədər baş tutmalıdır. Rusiya sülhməramlılarının mandatı bitmək üzrədir və 2025-ci ildə sülhməramlıların ərazilərimizdən çıxmasını istəyiriksə, həmin torpaqlarda nəzarəti öz əlimizə almalıyıq. Bundan sonra isə Ermənistan, Rusiya və ümumilikdə dünya dövlətləri ilə danışmaq Azərbaycan üçün asan olacaq. Ermənilər yeni status-kvo yaratmağa çalışır. Bunun baş tutmaması üçün mövcud problemləri dərhal həll etmək lazımdır”.
//Safura Bənnayeva, Editor.az

