Editor.az qərb mediasına istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan arasında martın sonunda Cenevrədə baş tuta biləcək parlamentlərarası dialoq platformasının yaradılması məsələsi müzakirə oluna bilər.
Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq Azərbaycan rəhbərliyi ilə bu məsələni müzakirə edib. O, Bakının reaksiyasından razı qalıb. Çunqonq vurğulayıb ki, dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi üçün yaradılmış Parlamentlərarası İttifaqın qeyri-sabitliyə gətirib çıxara biləcək problemlərin dialoqun necə həll olunacağı ilə bağlı müzakirələrin təşkilini zəruri hesab edir.
Qeyd olunur ki, iki ölkə parlamentlərinin sədrləri arasında danışıqlar martın 23-dən 27-dək keçiriləcək Parlamentlərarası İttifaqın Assambleyası zamanı baş tuta bilər. Görüş qeyri-rəsmi olacaq.
//Samir Qurbanov, Editor.az

