Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş nə vaxt baş tutacaq?backend

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş nə vaxt baş tutacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Qazaxıstan ərazisində baş tutmalı olan görüşün vaxtı hələlik razılaşdırılmayıb.

Editor.az bildirir ki, bu barədə Özbəkistan xarici işlər nazirinin müavini Alibek Bakaev məlumat verib. XİN nümayəndəsi vurğulayıb ki, bu, Ermənistan tərəfinin hələ də təklifə cavab verməməsi ilə bağlıdır: “Bu ölkələr mənim yurisdiksiyamda deyil, amma bildiyimə görə, görüşün tarixi hələ müəyyən edilməyib, çünki görüş iştirakçılarının hamısından cavab gəlməyib: Ermənistan hələ ki, razılığını verməyib, lakin biz gözləyirik və ümid edirik ki, bu danışıqlar baş tutacaq”, – Əlibek Bakayev deyib.

Ötən gün Ceyhun Bayramov və Ararat Mirzoyan arasında gözlənilən görüşün təfərrüatlarını Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi açıqlamışdı.

//Samir Qurbanov, Editor.az