Azərbaycan və Ermənistan xarici işlər nazirləri Tehranda görüşdülərbackend

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Tehranda görüşdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Tehranda keçirilən “3+3” platformasında iştirak edən ölkələrin görüşündə danışıq aparıblar.

Editor.az bildirir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan məlumat verib. “Tehranda keçirilən “3+3” görüşü çərçivəsində Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşü Azərbaycan və Ermənistan arasında “sülh və dostluq yolunda” atılan addımlardan biridir.

Görüşdə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin danışmaq imkanı yaranıb”, – İran diplomatı deyib. Abdollahian vurğulayıb ki, Bayramovla Mirzoyan arasında söhbət Cənubi Qafqazda sabitliyin əldə olunmasına və təhlükəsizliyin təmin olunmasına töhfə verəcək. Daha əvvəl Rusiya XİN rəhbəri bildirib ki, beştərəfli görüşdə regiondakı geosiyasi vəziyyət ətraflı müzakirə olunub və danışıq iştirakçıları region ölkələri, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesini yüksək qiymətləndiriblər. “İrəvan və Bakı arasında münasibətlərin tam normallaşması üçün yalnız əməli addımlar qalır.

İlk növbədə, sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası və maneəsiz nəqliyyat və iqtisadi əlaqələrin qurulması”, – Sergey Lavrov bildirib. Bundan əlavə, rusiyalı diplomat Ermənistan-Azərbaycan münaqişəsinin artıq həll olunduğunu, yalnız bir sıra praktiki məsələlərin, o cümlədən sülh müqaviləsinin imzalanmasının qaldığını vurğulayıb.Onun sözlərinə görə, sərhədin delimitasiyası məsələsi hələ də həllini tapmayıb. İşin davam etdirilməli olduğu digər aspekt nəqliyyat kommunikasiyalarının bərpasıdır.

//Samir Qurbanov, Editor.az