Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü başlayıb – FOTObackend

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü başlayıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “Twitter”də məlumat yayıb.

Qeyd edək ki, görüş ABŞ-ın Arlinqton şəhərində keçirilir.

ABŞ dövlət katibi Entoni Blinken bu gün hər iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib, daha sonra danışıqlar üçtərəfli formatda davam etdirilib.