Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü ilə bağlı təklifi İrəvan tərəfindən nəzərdən keçirilir – Ermənistanın Moskvadakı səfiribackend

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü ilə bağlı təklifi İrəvan tərəfindən nəzərdən keçirilir – Ermənistanın Moskvadakı səfiri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşü ilə bağlı təklifi İrəvan tərəfindən nəzərdən keçirilir.

Editor.az bildirir ki, bu barədə Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan deyib. O qeyd edib ki, bu gün İrəvana çoxlu təkliflər var, o cümlədən Moskvadan. Lakin Ermənistanın hazırda iş qrafiki ilə bağlı problemlərə görə heç kimlə razılaşması yoxdur.

Səfir bildirib ki, İrəvan Azərbaycan və Ermənistan arasında danışıqlara dair heç bir təklifdən imtina etmir.
Bundan əvvəl Kreml və Rusiya Xarici İşlər Nazirliyi hər iki tərəflə danışıqların davam etdirilməsindən danışıblar. Bundan əlavə, Smolensk meydanında Moskvanın üç dövlətin nazirlərinin görüşünü təşkil etməyə hazır olduğu dəfələrlə qeyd edilib.

//Samir Qurbanov, Editor.az