Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün yeri və tarixi açıqlanıbbackend

Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün yeri və tarixi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti görüş oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində keçiriləcək.

“Report” xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib.

Məlumata görə, nazirlərin iki ölkə arasında normallaşma prosesinə dair məsələləri müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 19-da Nyu-Yorkda görüşüb.