Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq: “2026-cı ildən sonra…”- AÇIQLAMAbackend

Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq: “2026-cı ildən sonra…”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi son 3 ildə 44% artaraq 771 milyon dollara çatıb”.

Bunu Editor.az-a Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri çərçivəsində iki ölkə arasında iqtisadi münasibətlərin hansı səviyyədə irəliləyəcəyi ilə bağlı suallarımızı cavablandırarkən deyib.

Onun sözlərinə görə, 2023-cü ilin yekunlarında da iki ölkə arasında ticarət dövriyyəsində artımın qeydə alınması gözləniləndir: “İki dövlət arasında təkcə ticari deyil, enerji və nəqliyyat sahəsində də əməkdaşlıq var. Azərbaycan Gürcüstanı mavi qazla təmin edir. Onun çətin günlərində rəsmi Bakı enerji təminatı həyata keçirib. Orta dəhlizin əhəmiyyətinin artması Azərbaycan və Gürcüstan arasında nəqliyyat sahəsində yeni imkanlar yaradıb. Bu da həmin istiqamətdə əməkdaşlığın genişləndirilməsinə xidmət edir”.

Deputatın fikrincə, yaşıl enerji sahəsində əməkdaşlıq vacibdir:” Azərbaycan və Gürcüstan birlikdə 2026-cı ildən sonra Avropaya yaşıl enerji ixrac edəcək. Bu kontekstdə gözlənilir ki, yaşıl enerji sahəsində əməkdaşlıq hər iki ölkənin geosiyasi mövqeyinin daha da gücləndirilməsinə xidmət edəcək”.

//Safura Bənnayeva, Editor.az