“Gürcüstan Parlamenti sədrinin Azərbaycana səfəri böyük önəm daşıyır”.
Bu sözləri Editor.az-a Azərbaycan-Gürcüstan əlaqələri ilə bağlı danışarkən millət vəkili Tahir Kərimli deyib.
Deputat bildirib ki, baş tutan görüşlər iki dövlət arasındakı münasibətlərə öz müsbət təsirini göstərir:
“Azərbaycan və Gürcüstan arasında çox uğurlu ticarət tərəfdaşlığı mövcuddur. Azərbaycan demək olar ki, Gürcüstanın ən böyük investorlarından biridir.
Eyni zamanda, hər iki ölkə Avropanın enerji təhlükəsizliyində çox ciddi rola sahibdir. Qara dəniz vasitəsilə yaşıl enerjinin Rumuniyaya nəqli məsələsi də mühüm önəm daşıyır.
Gürcüstanla Azərbaycan arasında mədəni sahədə əlaqələr genişləndirilir. Hazırda da Gürcüstanda yaşayan azərbaycanlıların mədəni sahədəki fəaliyyətlərinə heç bir mane törədilmir.
Xüsusilə də bütün beynəlxalq platformalarda hər iki dövlət biri-birinin ərazi bütövlüyünü tanıyır”.
//Səbinə Hüseynli, Editor.az

