Azərbaycan və İran Araz dəhlizi ilə bağlı saziş imzalayacaqbackend

Azərbaycan və İran Araz dəhlizi ilə bağlı saziş imzalayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarda Azərbaycan və İran Araz dəhlizi ilə bağlı saziş imzalayacaq.

Editor.az bildirir ki, bu barədə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş məlumat verib. O əlavə edib ki, sazişin imzalanması münasibətilə Rusiya nümayəndələrinin iştirakı ilə tədbirin keçirilməsi planlaşdırılır. Araz dəhlizinin yaradılması üzrə işlərdə ilk addım podratçı şirkətin təyin edilməsi olub.

İranla Zəngəzur dəhlizi üzrə işlər məhsuldar şəkildə aparılır, bu barədə noyabrda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev bildirmişdi. Zəngilan və Ağbənddə Araz üzərində körpülər tikiləcək, İran ərazisində Naxçıvana quru və dəmir yolu xətlərinin çəkilişi davam etdirilir.

//Samir Qurbanov, Editor.az