Azərbaycan və İran xarici işlər nazirləri regiondakı vəziyyəti müzakirə ediblərbackend

Azərbaycan və İran xarici işlər nazirləri regiondakı vəziyyəti müzakirə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian telefon danışığı zamanı regionda mövcud olan cari vəziyyəti müzakirə ediblər.

Bu barədə Editor.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər iki dövlətin liderlərinin Astanada baş tutmuş görüşünün davamı olaraq bir sıra məsələlər, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

//Editor.az