Azərbaycan və Qazaxıstan XİN başçılarının görüşü başlayıbbackend

Azərbaycan və Qazaxıstan XİN başçılarının görüşü başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı Murat Nurtleu ilə görüşüb.

Bu barədə Azərbaycanın xarici siyasət idarəsinin sosial şəbəkə hesabında bildirilib.

“Qazaxıstan Respublikasının Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu rəsmi səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qarşılayıb”, – paylaşımda qeyd olunub.

Daha sonra tərəflər arasında təkbətək görüş başlayıb.