Azərbaycan və Qırğız gəncləri birgə fəaliyyətlə bağlı razılığa gəldilər-MEMORANDUM İMZALANDIbackend

Azərbaycan və Qırğız gəncləri birgə fəaliyyətlə bağlı razılığa gəldilər-MEMORANDUM İMZALANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla Qırğızıstan arasında gənclər siyasəti sahəsində əməkdaşlıq genişlənir.

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycanın “İslahatçı Gənclər” İctimai Birliyi ilə Qırğızıstanın Gənclər Parlamenti arasında birgə Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Memorandumu imzalayan “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı və Qırğızıstanın Gənclər Parlamentinin rəhbəri Asel Amanova iki ölkəni tarixi dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyini deyiblər. Qeyd olunub ki, Azərbaycanla Qırğızıstan arasında bütün istiqamətlər üzrə geniş və sıx əməkdaşlıq əlaqələri mövcuddur. Gənclər təşkilatlarının rəhbərləri bildirib ki, iki qardaş ölkə arasında gənclər siyasəti sahəsində də əməkdaşlığın böyük perspektivi var: “İki ölkənin rəhbərləri cənab İlham Əliyev və cənab Sadır Japarovun liderliyi ilə həyata keçirilən dövlət siyasəti gənclər fəaliyyəti üçün də yol xəritəsidir”.

İmzalanan memorandumda iki ölkənin gənclər təşilatları arasında qarşılılıq səfərlərin intensivliyinin artırılması, gənclər siyasəti, ekologiya, ictimai diplomatiya sahəsində ortaq layihələrin icrası, iki ölkə həqiqətlərinin təbliği üçün birgə fəaliyyətin həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib.

Memoranduma Qırğızıstanın “Tilimpoz” layihəsinin rəhbəri Tilek Mirlan və “Damcı Bulaq” layihəsinin rəhbəri Elbek Həbibullayev də imza atıb.

Tədbirdə Azərbaycanın Qırğızıstandakı səfirliyinin müşaviri Zülfüqar Tanarverdi və Qırğızıstan Parlamentinin deputatı Eldar Suleymanov iştirak edib.