Azərbaycan və Rusiya Baş nazirlərinin telefon danışığı olubbackend

Azərbaycan və Rusiya Baş nazirlərinin telefon danışığı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında telefon danışığı olub.

Bu barədə Rusiyanın hökumət saytında məlumat verilib.

Bildirilir ki, 2022-ci il noyabrın 17-də Bakıda keçirilən danışıqların davamı kimi hökumət başçıları Rusiya-Azərbaycan ticarət-iqtisadi və investisiya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər.

“Mixail Mişustin və Əli Əsədov nəqliyyat, energetika və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriblər”, – deyə məlumatda vurğulanıb.

Oxu.az-