Azərbaycan və Rusiya baş prokurorları ətraf mühitin mühafizəsində qanunsuzluqlarla mübarizəni müzakirə edibbackend

Azərbaycan və Rusiya baş prokurorları ətraf mühitin mühafizəsində qanunsuzluqlarla mübarizəni müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın baş prokuroru Kamran Əliyev rusiyalı həmkarı İqor Krasnov ilə görüşüb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, görüşdə Krasnov azərbaycanlı həmkarlarını ətraf mühitin mühafizəsi sahəsində nəzarət və hüquq-mühafizə orqanlarının səylərini birləşdirməyə çağırıb.

Onun sözlərinə görə, Rusiya Azərbaycan prokurorluğunun iqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının işini aktivləşdirmək təşəbbüsünü alqışlayır və bununla bağlı Bakıda keçirilən COP29 iqlim konfransının əhəmiyyətini qeyd edir.

“Şübhə etmirəm ki, prokurorluq orqanlarının potensialı bu məsələnin həlli üçün lazımlı olacaq”, – Rusiyanın baş prokuroru deyib.

O, nümunə kimi Xəzər regionu ölkələri arasında ekoloji təhlükəsizlik üzrə əməkdaşlığı göstərib.