Azərbaycan və Rusiya münasibətləri pozulur?- AÇIQLAMAbackend

Azərbaycan və Rusiya münasibətləri pozulur?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Lokal antiterror əməliyyatları başlamamışdan əvvəl xüsusən də Rusiya sülhməramlı kontingentinin Qarabağ iqtisadi bölgəsinə yerləşdiriləndən sonrakı dövrdə Ermənistan separatçı rejimin əsas məqsədlərindən biri elə təxribat planlaşdırmaq idi ki, atəşkəsin pozulması fonunda Azərbaycan tərəfi cavab tədbirləri görəndə Rusiya sülhməramlıları atəş altında qalmış olsun”.

Bunu Editor.az-a hərbi ekspert Elxan Şıxəliyev Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumatda Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobilin atəşə tutulması nəticəsində 8 hərbçinin həlak olmasının Rusiya-Azərbaycan münasibətlərinə necə təsir edəcəyini dəyərləndirərkən bildirib.

Onun sözlərinə görə, Ermənistanın bu yanaşmasının siyasi məqsədləri var:

“Ermənilərin hiyləgər planlarının nəticəsi olaraq Azərbaycan və Rusiya siyasi münasibətləri kriz halına gəlməsini ümid edirdilər. Bu da tərəflər arasında hərbi toqquşmaya gətirib çıxarda bilərdi. Rusiya sülhməramlılarının 3 il ərzində Qarabağda olduğu müddətdə ermənilər həmin planı nə qədər reallaşdırmaq istəsələr də bu alınmadı. Lakin lokal antiterror əməliyyatlarının baş tutduğu bir zamanda sözügedən prosesi həyata keçirə bildilər. Bu məsələ ətrafında araşdırma aparılır, səbəblər də açıqlanacaq”.

Hərbi ekspert 8 nəfər rus sülhməramlısının həlak olmasının Azərbaycan və Rusiya arasında hərbi münaqişəyə səbəb olacağını düşünmür:

“Lokal antiteror əməliyyatları zamanı rus sülhməramlılarına eləcə də mülki əhaliyə ziyan dəyməməsi üzərinə Silahlı Qüvvələrimiz maksimum diqqətli oldular. Ermənilər Ermənistanda, separatçılar da Qarabağda Azərbaycanın bu qələbəsini həzm edə bilməyəcəklər. Hər fürsətdə qisasçılığı həyata keçirəcəklər. Buna baxmayaraq daima ləyaqətli ordu, müharibə məziyyətlərimizi dövlət, xalq olaraq özümüzdə daşımalıyıq”.

//Safura Bənnayeva, Editor.az