Azərbaycan və Türkiyə Qafqaz İnvestisiya Forumuna (QİF) dəvət olunubbackend

Azərbaycan və Türkiyə Qafqaz İnvestisiya Forumuna (QİF) dəvət olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn il keçiriləcək Qafqaz İnvestisiya Forumu (QİF) Azərbaycan və Türkiyə ilə əməkdaşlığın qurulması üçün platformaya çevriləcək.

Editor.az bildirir ki, bunu Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Sergey Nazarov bildirib. “Biz indi ölkələri dəvət etməyə başlayırıq.

Əslində bu, Azov-Qara dəniz hövzəsidir, Xəzər hövzəsidir, bu əraziyə bitişik ölkələrlə əlaqəli hər şeydir. Maraqlı tərəflərr aydındır – bunlar müvafiq olaraq Türkiyə və Azərbaycandır”, – nazir müavini deyib.

Nazarov aydınlaşdırıb ki, forum çərçivəsində biznes proqramı nəzərdə tutulub – o, regionlararası əməkdaşlıq çərçivəsində həyata keçiriləcək və mövcud təmas nöqtələri əsasında işgüzar əlaqələr qurulacaq.

Ən aktual məsələlərdən biri də hazırda həddindən artıq yüklənən sərhəd-keçid məntəqələrinin genişləndirilməsidir. Çünki orada nəhəng növbələr yaranır, – deyə o izah edib. Xatırladaq ki, QIF-2024-ün təşkilat komitəsi noyabrın 20-də yaradılıb.

//Samir Qurbanov, Editor.az