31 yaşlı Azərbaycan vətəndaşı Polşanın paytaxtı Varşavada yerləşən Frederik Şopen Beynəlxalq Hava Limanında ehtiyatsızlıq nəticəsində yıxılaraq həyatını itirib.
Editor.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Polşanın Tvn24.pl portalına istinadən məlumat verib.
Məlumatı Varşava Şəhər Prokurorluğunun sözçüsü Pyotr Skiba da təsdiqləyib.
Ölüm hadisəsindən dərhal sonra hadisə yerinə müstəntiqlər dəvət olunublar. Cəsəd yarılmaq üçün aidiyyəti üzrə təhvil verilib.