Azərbaycan vətəndaşları bu ölkəyə vizasız səfər edə biləcəkbackend

Azərbaycan vətəndaşları bu ölkəyə vizasız səfər edə biləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır.

Editor.az  Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.

Müzakirələrdən sonra hər iki məsələ səsverməyə qoyularaq qəbul edilib.