“Azərbaycan xalqı başına gətirilən heç bir faciəni unutmur”-Millət vəkilibackend

“Azərbaycan xalqı başına gətirilən heç bir faciəni unutmur”-Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilən tarixi cinayətdir. Bu ermənilərin Cənubi Qafqaza köçürülməsindən sonra Azərbaycan xalqına qarşı həyata keçirilən ən böyük cinayətlərdən biridir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, böyük fəlakətin təşkilatçıları və onu icra edənlər təkcə ermənilər deyil, eyni zamanda, onların arxasında duran qüvvələr idi:

“ Azərbaycan xalqı uzun illər bu soyqırımın qisası ilə yaşadı. İllər boyu xalqımıza qarşı  heç kim bu cür cinayətə əl atmağa cəsarət etməsin deyə güclü ordu, dövlət qurmağı bacardıq. Nəhayət Azərbaycana qarşı bu cinayəti törədənlərə layiqli cavabını verə bildi. Bu da ayrıca bir tarixi hadisədir. Bu gün güclü Azərbaycan dövləti, xalqı Xocalı soyqırımında həyatını itirən vətəndaşlarımız qarşında öz borcunun bir hissəsini yerinə yetirib. Amma hələ də hər bir azərbaycanlının qəlbində nisgil var. Çünki bu mənəvi yara uzun illər boyu sağalmır. Düşünürəm ki, Azərbaycan xalqı bu soyqırımı milli birliyə, həmrəyliyə, milli məqsədlər üçün vahid ideya ətrafında birləşməyə çevirməyi bacardı. Ancaq nə olursa, olsun bu soyqırımı törədənlər  tarix, hüquq qarşısında cavab verməli olacaqlar”.

Deputatın sözlərinə görə, Azərbaycan xalqı heç vaxt unutmayacaq ki, ona qarşı belə bir hadisə baş verib:

“Bunu daima milli yaddaşımızda saxlayacağıq. İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən sonra prezident İlham Əliyev qeyd etdi ki, biz ermənilərlə sülh bağlaya bilərik, lakin Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Düşünürəm ki, bu günün, gələcəyin və əbədi olaraq Azərbaycan xalqının yaşam fəlsəfəsinə çevrilməlidir ki, bizə qarşı kimlər soyqırımı törədiblər. Bu halların təkrar baş verməməsi üçün biz nə etməliyik”.

Hikmət Babaoğlu qeyd edir ki, Azərbaycana qarşı törədilən ağır cinayətlərin, soyqırımlarının siyahısını uzatmaq mümkündür:

“Hətta bunu 1905-ci ildən başlamaq olar. Amma burada məsələ ondan ibarətdir ki, digər soyqırımı törədilən ərazilərimizdə faciənin miqyası bu böyüklükdə, qəddarlıqda olmayıb. 1988-ci ildən sonra başlayan proseslər nəzərdə tutulur. Azərbaycan xalqı başına gələn heç bir hadisəni unutmur. Bağanis Ayrım , Kərkicahan , Meşəli, Qaradağlı , Başgüneytəpə , Ağdaban , Ballıqaya, Başlıbeli unutmamışıq.
Erməni faşizmi bir faciəni bizə unutdurmaq üçün, ardınca daha böyük faciəni yaşadıblar. Bu imperialist davranışlarda qəbul olunmuş strateji ənənədir. Biz Xocalı soyqırımı dedikdə yüz illərdir davam edən erməni cinayətləri siyasətinin bir növ assosiasiya olunmasını başa düşürük. Soyqırım abidəsi də başımıza gətirilən hadisələrin ümumiləşmiş obrazıdır”.
 
//Safura Bənnayeva, Editor.az