“Azərbaycan xalqının yaradıcılıq imkanları çox genişdir”-Millət vəkilibackend

“Azərbaycan xalqının yaradıcılıq imkanları çox genişdir”-Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi son aylarda həm Azərbaycan mədəniyyətinin kütləviləşməsində, həm peşəkar mədəniyyətin həvəsləndirilməsi, həm də dünya mədəniyyətinin Azərbaycanda təbliği baxımından çox ciddi tədbirlər görür”.

Bu sözləri Editor.az-a “Yaradıcı Həftə” ilə bağlı danışarkən millət vəkili Nizami Cəfərov deyib.

Deputat bildirib ki, bu gün nazirlik səviyyəsində mədəniyyətin inkişafı üçün müxtəlif sahələr üzrə geniş tədbirlər görülür:

“Bizim böyük yaradıcı potensialımız var. Amma müasir dünya yaradıcı potensialı reallaşdırmaq məsələlərini də həll etməyə məcbur edir. Yəni yaradıcı insanların bir yerə yığılması, onların rastlaşdığı manelərin həlli istiqamətində müzakirələrin aparılıb, tədbirlər görülməsi mühüm məsələlərdir. Yaradıcılıq, yaradıcılığın nə dərəcədə dəyərli olması təhlil olunmalıdır.

Azərbaycan xalqının yaradıcılıq imkanları çox genişdir. Xüsusilə poeziyadan başlayaraq musiqinin müxtəlif sahələrində tədbirlərin keçirilməsi mədəniyyətin inkişafı baxımından çox mühümdür”.

//Səbinə Hüseynli, Editor.az