Azərbaycan XİN başçısı: Ermənistanın bəzi dövlətlər tərəfindən silahlandırılması sülh prosesinə təhdiddirbackend

Azərbaycan XİN başçısı: Ermənistanın bəzi dövlətlər tərəfindən silahlandırılması sülh prosesinə təhdiddir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sülh və sabitliyə xidmət etməyən üçüncü tərəfləri bölgəyə cəlb etməsi, Ermənistanın bəzi dövlətlər tərəfindən silahlandırılması səyləri sülh prosesinə təhdiddir.

Editor.az  report-a istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahian Ciddəddəki görüşündə bildirib.

Görüşdə, həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.