Azərbaycan XİN başçısı: “Sülh prosesini pozacaq hərəkətlərdən çəkinməyə çağırış etdim”backend

Azərbaycan XİN başçısı: “Sülh prosesini pozacaq hərəkətlərdən çəkinməyə çağırış etdim”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinkenlə birgə keçirdiyi üçtərəfli görüş ilə bağlı paylaşım edib.

Bu barədə XİN başçısı tviterdə qeyd edib:

“ABŞ dövlət katibi Blinkenin təşəbbüsü ilə Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüm olub. Mən bir daha Azərbaycanın Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə bağlanmasına sadiqliyini və hazır olduğunu bəyan etdim, həmçinin bu prosesi pozacaq hərəkətlərdən çəkinməyə çağırış etdim”.