Bakıda Azərbaycan və Türkmənistan xarici işlər nazirliklərinin konsulluq idarələrinin rəislərinin rəhbərliyi ilə konsulluq məsləhətləşmələri keçirilib.
Məsləhətləşmələr zamanı tərəflər qarşılıqlı maraq doğuran bir sıra konsulluq məsələləri, Azərbaycan vətəndaşlarının Türkmənistandakı və Türkmənistan vətəndaşlarının Azərbaycandakı hüquqi vəziyyəti, Azərbaycanda təhsil alan türkmən tələbələrin məsələləri üzrə ətraflı müzakirlər aparıblar.
Gündəliyə uyğun olaraq, Azərbaycan və Türkmənistan Dövlət Miqrasiya Xidmətləri arasında da əməkdaşlığın daha da inkişaf etdirilməsi və təcrübə mübadiləsi məsələləri barədə danışıqlar aparılıb.
İclasın yekununda iki ölkə xarici işlər nazirliklərinin konsulluq idarələri arasında konsulluq məsləhətləşmələrinə dair protokol imzalanıb.


