Azərbaycan XİN: “Holokost qurbanlarını yad edir və yas tuturuq”backend

Azərbaycan XİN: “Holokost qurbanlarını yad edir və yas tuturuq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün biz bəşər tarixinin ən üsyankar qəddar vəhşiliklərindən birinin – Holokost qurbanlarını yad edir və yas tuturuq”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterdə etdiyi paylaşımda bildirilib.

“Biz dini və etnik nifrət, soyqırım və insanlığa qarşı cinayətlərə qarşı həmrəyik”, – paylaşımda vurğulanıb.

Qeyd edək ki, Holokost İkinci Dünya müharibəsi dövründə Avropa yəhudilərinə qarşı yönəlmiş soyqırımıdır. 1941-ci ildən 1945-ci ilədək nasist Almaniyası işğal olunan ərazilərdə sistematik olaraq 6 milyona yaxın yəhudini qətlə yetirib.

BMT Baş Assambleyasının 2005-ci il 1 noyabr tarixli qətnaməsinə əsasən, hər il yanvarın 27-si Holokost Qurbanlarının Anım Günü kimi qeyd olunur.