Azərbaycan XİN İsrailə başsağlığı veribbackend

Azərbaycan XİN İsrailə başsağlığı verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsraildə baş verən partlayışla bağlı başsağlığı verib.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan XİN “Twitter”də paylaşım edib

“Qurbanın yaxınlarına başsağlığı verir və yaralıların tezliklə sağalmasını diləyirik. Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir”, – deyə paylaşımda bildirilib.

Xatırladaq ki, İsrailin Qüds şəhərində avtobus dayanacaqları yaxınlığında törədilmiş partlayışlar nəticəsində ümumilikdə 18 nəfər yaralanıb, bir nəfər həlak olub.