Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Polşa Prezidenti Andjey Dudanın Ermənistanla şərhi sərhədə gəlməsinə münasibət bildirib.
Editor.az bildirir ki, bununla bağlı Azərbaycanın xarici siyasət idarəsi “X” sosial şəbəkəsində paylaşım edib.
“Polşa Prezidenti Andjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə Ermənistanda olan Avropa İttifaqı missiyasının (EUMA) üzvlərinin müşayiəti ilə səfəri, təəssüf ki, müxtəlif Avropa İttifaqına üzv ölkələrin və Avropa qurumlarının anti-Azərbaycan siyasətinin növbəti nümayişidir”, – paylaşımda qeyd olunub.