Azərbaycan XİN təyyarə qəzası ilə bağlı Hindistana başsağlığı veribbackend

Azərbaycan XİN təyyarə qəzası ilə bağlı Hindistana başsağlığı verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistanın Əhmədabad aeroportu yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar bu ölkəyə başsağlığı verib.

Editor.az xəbər verir ki, başsağlığının mətni Azərbaycan XİN-nin “X” səhifəsində dərc edilib.

“Hindistanın Əhmədabad şəhərində baş vermiş faciəli təyyarə qəzası bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Xəsarət alanlara güc və şəfa diləyirik”, – Azərbaycan XİN-nin paylaşımında qeyd olunur.