“Azərbaycan-Yaponiya münasibətlər artan xətt üzrə davam edir”-ŞƏRHbackend

“Azərbaycan-Yaponiya münasibətləri artan xətt üzrə davam edir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Yaponiya bir sıra sahələrdə əməkdaşlıq edir, iki ölkə əlaqələri kifayət qədər mühüm əhəmiyyətə malikdir”.

Bu sözləri Editor.az-a Azərbaycan-Yaponiya münasibətləri ilə bağlı şərh verərkən politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, Yaponiya Azərbaycanın elm, təhsil və innovasiyalar sahəsində inkişafına xüsusi dəyər və önəm verir:

“Bu konteksdə Azərbaycanın Yaponiya ilə əlaqələri çox böyük perspektivlərə malikdir. İki ölkə arasındakı münasibətlər artan xətt üzrə davam edir. Azərbaycanın Yaponiya ilə bu əlaqələri təkcə paytaxt səviyyəsində dayanmayıb. Hələ 2000-ci illərin əvvəlində Azərbaycanın ucqar bölgələrində məktəblərin tikintisi və təmirinə Yaponiya tərəfindən qrantlar ayrılırdı. Bu gün uzaq Şərqdə öz potensialı, inkişafı ilə dünyaya böyük bir çıraq rolunu oynayan Yaponiya ilə Azərbaycanın əlaqələrinin bu qədər yüksək səviyyəyə çatması bizim üçün müstəsna əhəmiyyətə malikdir.

Ölkə başçısının Yaponiya səfirini qəbul edərkən verdiyi mesajlar, söylədiyi fikirlər də Azərbaycanla Yaponiya arasındakı münasibətlərin gələcəyinin nə qədər önəmli olduğunu göstərir”.

//Səbinə Hüseynli, Editor.az