Azərbaycan zəlzələ bölgəsinin bərpa-quruculuq işlərində Türkiyəyə kömək edəcəkbackend

Azərbaycan zəlzələ bölgəsinin bərpa-quruculuq işlərində Türkiyəyə kömək edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün minlərlə könüllü Türkiyəyə gəlib yardım etmək istəyir”.

Oxu.Az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə Kahramanmaraşda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu, çox çətin prosedurdur:

“Biz bunu sistemli şəkildə edirik. Bu gündən başlayaraq, azərbaycanlı könüllər hissə-hissə gəlib, burada yardım edəcəklər”.

C.Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan zəlzələ bölgəsinin bərpa quruculuq işlərində Türkiyəyə kömək edəcək.