Azərbaycana 50 milyard təzminat ödəməli olacağıq – Ermənistanın keçmiş baş prokurorubackend

Azərbaycana 50 milyard təzminat ödəməli olacağıq – Ermənistanın keçmiş baş prokuroru

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Qarabağ savaşında Azərbaycana vurduğu maddi və mənəvi zərərə görə 50 milyard dollardan çox təzminat ödəməlidir.

Editor.az erməni KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş Baş prokuroru, Avropa İnsan Hüquqları Məhkəməsində ölkəsini təmsil etmiş Gevorq Kostanyan bildirib.

“Bu sənədə görə nəinki ərazilərimizi itirdik, həm də Ermənistanın üzərinə bizim və nəsillərimizin ödəyəcəyi 50 milyard dollardan çox təzminat qoyuldu”, – deyə o qeyd edib.

Kostanyan bildirib ki, iki əvvəl Ermənistan hökumətini Azərbaycanın Qarabağda və işğal olunmuş ətraf rayonlarda maddi ziyanla əlaqədar təzminat davası açacağı barədə xəbərdar edib. “Lakin Ermənistanın cavabdeh subyekt olduğu barədə kifayət qədər dəlillər olmadığından bu iddianı təqdim edə bilmədilər.

Onlar dəyən zərəri 50 milyard dollardan çox hesablamaq üçün beynəlxalq təşkilatlardan birinə müraciət etdilər.

Bu yaxınlarda Azərbaycan Prezidenti demişdi ki, Azərbaycan doğrudan da Ermənistana qarşı oxşar bir iddia hazırlayır.

Əminəm ki, bu istiqamətdə işlər Ermənistanın Baş naziri 10 noyabr tarixində məlum sənədi imzalamaqla Ermənstanın cavabdeh subyekt olduğunu təsdiqlədiyinə görə sürətlənib.

Sizi tam məsuliyyətlə xəbərdar edirəm ki, vaxtında hüquqi əks-hücuma keçməsək, Nikol Paşinyan tərəfindən imzalanan biabırçı sənəd həm də bizim üçün gələcək nəsillərin də ödəyə bilməyəcəyi ciddi maliyyə problemlərinə səbəb olacaq”, – deyə keçmiş baş prokuror vurğulayıb.