Azərbaycana əsgər göndərməsi barədə qanun layihəsi bu gün müzakirə olunacaqbackend

Azərbaycana əsgər göndərməsi barədə qanun layihəsi bu gün müzakirə olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Azərbaycana əsgər göndərməsi barədə qanun layihəsi bu gün Türkiyə Böyük Millət Məclisində müzakirə olunacaq.

Editor.az xəbər verir ki, layihə parlamentə dünən təqdim edilib.

Sənədə əsasən, Türkiyə Silahlı Qüvvələrinin ortaq müşahidə mərkəzində 1 il müddətinə xidmət etməsi nəzərdə tutulur.

Sənədin mətnində deyilir: “Azərbaycanın müəyyənləşdirəcəyi yerdə Türkiyənin Rusiya ilə birlikdə quracağı Birgə Monitorinq Mərkəzi və bu Mərkəzin fəaliyyəti üçün hərbi və zərurət təqdirində mülki personalın xidməti xərclərinin qarşılanması, 2010-cu ildə Türkiyə ilə Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım barədə Sazişə, eləcə də Türkiyənin milli maraqlarına uyğundur”. (Trend)