Azərbaycana gətiriləcək koronavirus vaksinləri vergidən azad edildibackend

Azərbaycana gətiriləcək koronavirus vaksinləri vergidən azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, məcəlləyə dəyişiklik layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

Dəyişikliklə məcəlləyə iki maddə əlavə edilir. Onlardan biri iki il müddətinə ölkəyə idxal olunacaq koronavirus infeksiyasına qarşı vaksinlərin və şprislərin ƏDV-dən azad olunmasını nəzərdə tutur.

Digər maddə isə illik emalı üç milyon tondan az olmayan neft emalı zavodlarının yenidən qurulması zamanı gətirilən mal və materialların əlavə dəyər vergisindən iki il müddətinə azad olunmasını ehtiva edir.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq, III oxunuşda qəbul edilib.