Azərbaycana “HÜCUM” ƏMRİ verildi – Bakının ƏLİ TƏTİKDƏ: Hər an…backend

Azərbaycana “HÜCUM” ƏMRİ verildi – Bakının ƏLİ TƏTİKDƏ: Hər an…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün atəşkəsin pozulması, mövqelərimizin yenidən atəşə məruz qalması Münhen danışıqlarına, müzakirələrinə bəlli qüvvələrin reaksiyasıdır. Burada söhbət təkcə Ermənistandan getmir…

Düşünürəm ki, atəşkəsin pozulması əgər tək Ermənistanlıq bir məsələ olsaydı, sadəcə bir istiqamətdə biz bu silahlı insidenti müşahidə edərdik. Əgər Qarabağda, xüsusilə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonası istiqamətində mövqelərimiz atəşə tutulursa, bu o deməkdir ki, hadisənin arxasında həm də Vardanyanı günlər öncə Moskvada yenidən dindirənlər dayanır.

Bu da ondan xəbər verir ki, Münhen görüşündə Ermənistanla Azərbaycanın sülh danışıqları istiqamətində xeyli irəliləyişlər əldə edilib. Və bu, həm də ondan xəbər verir ki, əgər bu proses bu şəkildə davam edərsə, o zaman Rusiyanın regiondakı mövqeləri xeyli zəifləyə bilər. Bundan irəli gələrək də biz ötən gün atəşkəsin pozulması halını müşahidə etdik.

Bir halda ki, bizim mövqelərimiz Qarabağda atəşə tutulur, özü də indiki halda, bu o deməkdir ki, Rusiya hərbi kontingentinin ən azı bundan xəbəri var.

Amma atəşkəsin pozulması halının Naxçıvandan tutmuş Qarabağdan keçməklə Tovuz istiqamətinə qədər baş verməsi bir məqamı xüsusi ilə ön plana çıxarır:

Avropa İttifaqının “mülki” missiyasının fəaliyyətə başlamasından sonra mövqelərimizin atəşə məruz qalması…

Bəli, fevralın 20-də Avropa İttifaqının missiyası Ermənistanda fəaliyyətə başladı, ondan cəmi bir gün sonra erməni qüvvələri həm Ermənistan ərazisindən, həm də rusiyalı süılhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdən mövqelərimizə qarşı təxribat baş verdi.

Azərbaycan tərəfi öncədən də dəfələrlə bildirmişdi ki, Aİ missiyasının gəlişi regionda vəziyyətin sabitləşməsinə yox, daha gərginləşməsinə xidmət edəcək. Missiyanın fəaliyyətə başlamasından cəmi 1 gün sonra erməni silahlı birləşmələrinin mövqelərimizi atəşə tutması bunu bir daha təsdiqlədi.

Görünür, erməni tərəfi avropalı müşahidəçilərin regionda olmasını özləri üçün “təhlükəsizlik “çətiri” hesab edir və “cəsarətlənib”. Fransanın sədrliyini etdiyi Aİ-nin Azərbaycanla sərhəddə göndərdikləri 100 nəfərlik “mülki” missiya adını qoyduqları qrupun yarı heyyətinin silahlı olması faktı bir çox məqamlardan xəbər verir.

Bu missiyanın fəaliyyət dairəsinin nədən ibarət olduğunu da elə ötən gün Ermənistanın uzun zamandan sonra belə geniş maştabda mövqelərimizi atəşəkə zəruz qoymasından aydın görmək mümkündür. Nəzərə alsaq ki, bu missiya Ermənistan ərazisində fəaliyyətə başlayıb və atəş də məhz Ermənistan sərhədlərindəki mövqelərindən Azərbaycan postlarına atılıb, bəs o zaman bu missiya niyə geridə qalan iki gün ərazində hər hansı bir hesabatlar çıxış etmədi, hər hansı bir bəyanat səsləndirmədi?

Məqsəd və məramları aydındır. Missiyanın qarşısına qoyulan tapşırıq “kimin qaydanı qozduğunu” aşkar etmək yox, Ermənistanın təxribatlar törədərək sülhə mane olmaq, danışıqlar prosesini növbəti dəfə dalana dirəmək üçün bu tip təxribatlarına Azərbaycandan gələcək adekvat cavaba dərhal reaksiya verərək Qərbi məlumatlandırmaq və bunun əsasında Bakının atəş nöqtələrini susdurmaq istiqamətində hər hansı bir fəaliyyət planına mane olmaqdır. Yekunda Fransa Bakı ilə İrəvan arasında istənilən halda sülh danışıqlarının davamına mane olacaq, diplomatik əlaqələri yenidən tamamilə korlayaraq bir masa ətrafında iki dövlət adamlarının bir araya gəlməsinə mane olmuş sayılacaq.

Amma Azərbaycan üçün erməni silahlı dəstələrinin hansı ölkənin və ya missiyanın arxasında gizlənməsinin heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycanın səbri əbədi deyil. Ermənistanın havadarlarına arxayın olub, onların şirin vədlərinə yenidən aldanıb Azərbaycana qarşı bir edəcəyi olacaqsa, görəcəyi də olacaq.

Milli.az