“Azərbaycana münasibətdə haqsız iddialar yer tapır”-AÇIQLAMAbackend

“Azərbaycana münasibətdə haqsız iddialar yer tapır”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Birinci vitse-prezident Mehriban Əliyevanın vaxtaşırı olaraq müxtəlif aktual məsələlərlə bağlı fikir bildirməsi təqdirəlayiqdir”.

Bu sözləri Editor.az-a Birinci vitse-prezident Mehriban Əliyeva Milad bayramı münasibətilə paylaşım etməsi və bu fonda Azərbaycanın tolerant dövlət olması ilə bağlı danışarkən millət vəkili Nizami Cəfərov deyib.

Deputat bildirib ki, milad bayramı ilə bağlı Mehriban xanım Əliyevanın paylaşımı Ulu Öndər Heydər Əliyevin dövründən başlayaraq formalaşan tolerantlıq və multikulturalizm siyasətinin tərkib hissəsidir: “Bu gün bu siyasət ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu gün Azərbaycana münasibətdə müəyyən haqsız iddialar da yer tapır. ABŞ Dövlət Departamenti, özünü bütün dünyada müasir quldarlığın nümayəndəsi kimi göstərən Fransanın Azərbaycana qarşı bir sıra əsassız iddiaları mövcuddur. Bütün bunlara baxmayaraq Azərbaycan tutduğu yol ilə uğurla davam edir. Xüsusilə Azərbaycan dünyada tolerantlığa sadiq qalan az sayda ölkələr sırasındadır”.

//Səbinə Hüseynli, Editor.az