Azərbaycana qarşı ərazi iddiası – “Putinin mesajından sonra üzə çıxdılar”backend

Azərbaycana qarşı ərazi iddiası – “Putinin mesajından sonra üzə çıxdılar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Samvel Şahramanayan keçmiş separatçı qurumun buraxılması barədə sentyabrda imzaladığı “fərman”ı ləğv etdiyini açıqlayıb. Bu qərar Azərbaycan ordusunun antiterror tədbirlərindən sonra qəbul olunub, bundan sonra ermənilər könüllü əsasda Qarabağdan gediblər. Yəni məsələ bitib, bundan sonrakı addımlar bir dövlət kimi Ermənistanın mövcudluğunu sual altına qoya bilər”.

 

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistanda separatçılara Azərbaycana qarşı oyunlarını davam etdirməyə meydan vermək sülh müqaviləsinin üstündən xətt çəkə bilər:

“Şahramanyanın bundan əvvəlki və sonrakı “fərmanlar”ına gəlincə, bunların heç bir hüquqi qüvvəsi yoxdur. Çünki buraxdığı “qurum” legitim deyildi, bu səbəbdən də Azərbaycan öz ərazisindəki bu saxta qurumu antiterror tədbirləri ilə ləğv edib. Bu qondarma qurum Azərbaycan ərazisində fəaliyyət göstərdiyi vaxtda nə beynəlxalq birlik, nə də Ermənistanın özü tərəfindən tanınıb. Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa edib, bunları pozan cəfəngiyyata da son qoyub. Bundan sonra Ermənistanda davam etdiriləcək separatçı prosesin bir nəticəsi olmayacaq. Olsa, bir fəsadı olacaq, o da Ermənistan üçün. Yəni oyunları ermənilərin özlərinə ziyan vura bilər.

Separatçıların fəallaşdığı Ermənistanın silahlanması və ya silahlandırılması da diqqətdən yayınmır. Dəfələrlə “Sülh prosesini pozan Ermənistandır” deyən Azərbaycanın nə qədər haqlı olduğu üzə çıxır. Bizi haqlı çıxaran yenə Ermənistanın özüdür. Çünki Ermənistan nə separatizm, nə də revanşizmdən əl çəkib. Ən azı baş verənlər bu təəssüratı yaradır.

Eyni zamanda Nikol Paşinyan hökuməti separatçıların hansısa “qurum”unun fəaliyyətinə icazə verməyəcəyini bildirib. Üstəgəl, bunun üçün onlara maliyyə ayrılmasını da dayandırıb. Bu nöqtədən sonra Ermənistan rəhbərliyi fikrini dəyişsə, durum fərqli istiqamətlərdə cərəyan edə bilər. Yanvarın 1-dən separatçı qurum İrəvandakı fəaliyyətini dayandırmalıdır, bu baş verməsə, gerisini Nikol Paşinyan və komandası düşünməlidir. Qərar vermək üçün az vaxt qalır”.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, Şahramanyan Rusiya Prezidenti Vladirmir Putinin son Qarabağ açıqlamasından sonra üzə çıxıb:

“Putin məlum açıqlamasında Qarabağı Rusiyanın yox, Ermənistanın tərk etdiyini söyləmişdi. Görünür, separatçıları ruhlandıran bu sözlərdir. Bundan sonra separatçıların yenə Moskvaya arxayın olub gizləndikləri dəliklərdən çıxmaları Azərbaycan yox, Ermənistan rəhbərliyini narahat etməlidir. Çünki onlara artıq Azərbaycan ərazisində özlərini göstərməyə meydan qalmayıb. Digər yandan, bu, Ermənistan baş nazirinin sülh istəmədiyi təəssüratını gücləndirə, eləcə də Azərbaycana qarşı revanşizm cəhdi kimi qiymətləndirilə bilər. Bu fonda Ermənistanın sürətlə silahlanması Azərbaycana qarşı yeni müharibə hazırlığı kimi nəzərdən keçirilə bilər.

Hələlik ortada Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının bir açıqlaması var. Həmin açıqlamaya görə, qondarma qurumun İrəvandakı fəaliyyətinə icazə vermək Ermənistanı risk altında qoya və beynəlxalq birlik tərəfindən qonşu ölkəyə qarşı ərazi iddiası kimi qəbul edilə bilər. Gedişat Ermənistandan asılıdır, biz ikisinə də hazırıq: sülhə də, müharibəyə də”.