Azərbaycana “ZƏLZƏLƏ ŞOKU” hazırlayırlar – Region silkələnəcəkbackend

Azərbaycana “ZƏLZƏLƏ ŞOKU” hazırlayırlar – Region silkələnəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan, İran və ya Rusiya Türkiyədəki zəlzələdən istifadə edib Azərbaycana qarşı hansısa təxribat törədə bilərmi?

Milli.Az bu sualla yerli ekspertlərin fikirlərini öyrənib. Hərbi ekspert Ədalət Verdiyev yaxın gələcəkdə bölgədə İranın dəstəyi ilə Ermənistan tərəfinin yeni təxribat törətmək ehtimalının yüksək olduğunu bildirib:

“Rusiya ilə Ermənistanın hazırda münasibətlərində olan gərginliyi nəzərə alsaq, o zaman Kremlin Ermənistanla hansısa birgə təxribata imza atacağı gözlənilən deyil.

Lakin İranın həm Birinci Qarabağ, həm İkinci Qarabağ və bundan sonrakı – son 2 ildəki fəaliyyətlərini nəzərə alsaq, o zaman Tehranın İrəvanla birlikdə Azərbaycana qarşı təxribatlar törətməsi gözləniləndir. Təxribatların baş verəcəyi təqdirdə Azərbaycan Silahlı Qüvvələrinin hissə və birlikləri bu təxribatların qarşısını layiqincə alacağına heç bir şübhəmiz yoxdur.

Müharibədən sonrakı dövrdə biz dəfələrlə həm Ermənistanla sərhəddə, həm də rusların müvəqqəti nəzarətində olan Qarabağ ərazisində erməni silahlılarının dəfələrlə təxribatlar törətdiyinin və bu təxribatların nə ilə nəticələndiyinin şahidi olmuşuq.

Növbəti təxribatın da kiminlə birgə təşkil olunmasından asılı olmayaraq, nəticələri fərqli olmayacaq. Təxribat nəticəsində Ermənistan həm canlı qüvvə, həm texnika, həm də ərazi itkiləri ilə qarşılacaq”.

Polkovnik Nazim Bayram isə Milli.Az-a açıqlamasında bildirib ki, Ermənistan təxribata cəhd etsə, sonu olacaq:

“Ermənistan istər təkbaşına, istər iranlı təlimatçıların köməkliyi ilə bizim hər hansı postumuza qarşı hər hansı təxribat törətsə, yerindəcə cavabını alacaq, daha sonra Ermənistanın sonu gələcək.

İranla hərbi əməkdaşlıq dünyanın bütün qara siyahılarına salınmış, bütün sanksiyalar altında olan SEPAH-la (İran İslam İnqilabı Keşikçiləri Korpusu) əməkdaşlıq deməkdir. Bu isə Ermənistanı Qərbin siyasi dəstəyindən avtomatik məhrum edir, informasiya məkanında, İrandan silah alan, Rusiya ilə bir sıraya qoyur… Artıq Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyinin (Aİİ) üzvü olması, rublun erməni bankları ilə köçürülməsi və başqa gizli işləri qərb mediasında gündəmə gəlir”.