Azərbaycanda 0:8 hesabı ilə uduzan komanda oynamaqdan imtina etdi – FOTObackend

Azərbaycanda 0:8 hesabı ilə uduzan komanda oynamaqdan imtina etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxt və Şimal zonası üzrə keçirilən AFFA Region Liqasının “Şahdağ” (Quba) – “İrəvan” (Bakı) görüşü yarımçıq başa çatıb.

görüşdə meydan sahibi olan “Şahdağ” 8:0 hesabı ilə öndə olarkən, rəqib futbolçular 58-ci dəqiqədən etibarən stadionu tərk etmək qərarına gəliblər.

Onlar bundan sonra matçın davam etməsinin məqsədəuyğun olmadığını hesab edib. Beləliklə də görüş yarımçıq başa çatıb.

Qeyd edək ki, Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da keçirilən görüşün artıq ilk hissəsində 7:0 hesabı qeydə alınıb.

Onu da bildirək ki, “Şahdağ” komandasında Ruslan Poladov, Mikayıl Rəhimov və Hüseyn Axundov kimi sabiq peşəkar futbolçular çıxış edir.