Azərbaycanda 1 ay sonra koronavirus yox olacaq – PROFESSORbackend

Azərbaycanda 1 ay sonra koronavirus yox olacaq – PROFESSOR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yoluxma o həddə çatıb ki, artıq heç bir qadağa virusun qarşısını almaqda effektli olmayacaq”.

Editor.az xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlamasında tibbİ ekspert, professor Adil Qeybulla deyib. O bildirib ki, virusa yoluxma bir müddət sonra öz-özünə azlacaq:

“Hazırda yoluxma həddən artıq çoxdur. Belə bir vəziyyətdə qadağalar nəyi həll edəcək?! Qadağa o zaman effektli olur ki, yoluxma sayı az olsun. Vaxtı ilə mən bir neçə təklif irəli sürdüm, lakin aidiyyəti qurumlar bununla bağlı lazımı addımı atmadılar. İndi artıq heç bir qadağanın effekti olmaycaq. Proseses bir müddət davam etdikdən sonra insanlarda kollektiv immunitet yaranacaq. İmmunitet yarandıqdan sonra da xəstəlik yavaş-yavaş azalacaq. Bu da təxminən bir ay çəkəcək”.

Loading...